Dünya dövlətləri Trampın "damarını tutub" -ŞƏRH
ABŞ-də Donald Tramp hakimiyyətə gələndən sonra bütövlükdə planet üçün çox ciddi hadisələr baş verdi. O, iqtidara gəlməzdən əvvəl dünya üçün sülh vəd etsə də, sözünün üstündə durana oxşamır. Şərqi Avropada davam edən müharibə, Yaxın Şərqdəki xaos bir yana, artıq kollektiv Qərb də dağılıb. ABŞ ilə Avropa sanki bir - birilərinin qəsdinə durublar.

Bu barədə Crossmedia.az-a danışan siyasi şərhçi Aydın Quliyev bildirib ki, Tramp prezidentliyin ikinci ilinə daha çox neqativ göstəricilərlə başlayıb, nəinki uğurlarla: "Ukrayna cəbhəsində vəziyyətə baxmaq lazımdır, Şərqdə İsrail- ərəb qarşıdurması sadəcə dondurulub, Avropanı özündən asılı vəziyyətə salmaq istərkən özündən kənara itələyib, Britaniya yenidən Avropa İttifaqına qayıtmaq haqda düşünür,müttəfiqi olan Kanada düşməni olan Çinlə rüsumsuz ticarətə keçmək istəyir,dünyada ABŞ- nin qorxunc obrazını yaradır, seçkidə əsas qələbə "kozırı" olan miqrantlarla müvarizə yarımçıq qalıb, NATO- nun içinə ikitirəlik qatıb, Çinlə Rusiyanı ayırmaq istərkən bir- birinə daha da yaxınlaşdırdı və sair. İran kimi ölkələr Tramp Amerikası ilə açıq mübarizəni sonadək davam etmək kursunu aparır. Tramp bu qrup ölkələrlə düşmənçiliyi daha da dərinləşdirib. Ancaq daha çox sayda ölkələr Trampın siyasətini deşifrə edərək belə qənaətə gəliblər ki, onunla " düşmənçilikdən ziyan çəkməmək üçün onun yanında durmaq, onun oduna yanmamaq üçün ona çox yaxınlaşmamaq, onun kursunun mütləq qlobal uğur qazanacağına çox da uymamaq lazımdır. Tramp nə özünün , nə də Amerikanın gələcəyi üçün təminatlı siyasət aparır".
15:05 20.02.2026
Oxunuş sayı: 593