Bəzi ölkələrdə Ramazan sabah başlayır
Bəzi ərəb ölkələrində Ramazan ayı sabah başlayır.
Crossmedia.az xəbər verir ki, bir sıra ərəb ölkələrində Ramazan ayının başlaması ilə bağlı ayın görünməsi təsdiqlənib.
Bununla da sabahdan etibarən həmin ölkələrdə oruc tutulacaq.
Buraya Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Fələstin, İraq, Bəhreyn, Küveyt və Livan daxildir.
04:35 18.02.2026
Oxunuş sayı: 410