Kredit ödənişlərində “ən yaxşı” və “ən pis” bölgələr AÇIQLANIB
Azərbaycanda kreditləri ən pis və ən yaxşı ödəyən rayon və şəhərlərin adları məlum olub.
Crossmedia.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən bu ilin yanvarın 1-nə Azərbaycanın rayon və şəhərləri üzrə verilmiş vaxtı keçmiş kreditlərin cəmi kreditlərə olan nisbəti açıqlanıb.
İqtisadçı ekspert Ruslan Atakişiyev bildirir ki, rayonlar üzrə kreditlərin gecikmələri, yaxud vaxtlı-vaxtında ödənilməsi müxtəlif səbəblərdən baş verə bilir.
Onun sözlərinə görə, regionun iri şəhərlərə yaxınlığı da bu məsələdə əsas faktorlardandır. İri şəhərlər və onun ətraflarına yaxın olanlar daha çox vaxtlı vaxtında ödəməkdə maraqlı olur, ucqarlara getdikcə isə ödəmə məsələləri çətinləşir.
İqtisadçı-ekspert bildirib ki, səbəb həmin ərazilərdə maliyyə əlçatanlılığı, maliyyə institutlarının yaxşı inkişaf etməsidir. (Xəzər TV)
22:35 17.02.2026
Oxunuş sayı: 710