Ingla International ETC Avropa ölkələri ilə də təhsil sərgilərinin keçirilməsini planlaşdırır
Ingla International ETC digər Avropa və Asiya ölkələri ilə də beynəlxalq təhsil sərgilərinin keçirilməsini planlaşdırır.
Bunu Crossmedia.az-a geniş müsahibəsində Ingla International ETC -nin direktoru Aytən Məmmədli deyib.
O bildirib ki, strateji planlar yalnız Özbəkistanla məhdudlaşmır: "Gələcəkdə Türkiyə, Avropa və Asiya ölkələrinin aparıcı universitetləri ilə əməkdaşlıq çərçivəsində oxşar beynəlxalq təhsil sərgilərinin təşkili planlaşdırılır. Məqsədimiz azərbaycanlı gənclərə mümkün qədər geniş və etibarlı beynəlxalq təhsil seçimləri təqdim etməkdir".
15:24 16.02.2026
Oxunuş sayı: 641