Taxtanın ruhu varmış: bu emalatxanada sənətə çevrilir
Ağac materiallarından müxtəlif əşyaların hazırlandığı bu emalatxanada həm funksional, həm də dekorativ məqsəd daşıyan əl işləri ərsəyə gətirilir.
Crossmedia.az xəbər verir ki, emalatxanada zərif detallarla işlənmiş nərdtaxta və şahmat dəstləri ilə yanaşı, müxtəlif heykəl və fiqurlar hazırlanır.
Xüsusilə qartal, şir və digər heyvan fiqurları böyük maraqla qarşılanır. Bu əl işlərində hər bir detal yüksək dəqiqliklə işlənir. Məhsulların hazırlanmasında möhkəm və keyfiyyətli qoz, şam və fıstıq ağaclarından istifadə olunur ki, bu da onlara həm estetik görünüş, həm də uzunömürlülük qazandırır.

Fatimə Məmmədova
12:30 15.02.2026
Oxunuş sayı: 933