Bu şəxslərə azı 46 gün məzuniyyət veriləcək- SİYAHI AÇIQLANDI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi illik məzuniyyətlə bağlı məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, qanunvericiliyə əsasən bir sıra şəxslərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.
Bu hüquq aşağıdakı kateqoriyalara şamil olunur:
-Müharibə ilə əlaqədar əlilliyi olan işçilərə
-20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan işçilərə
-Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan işçilərə
-Müharibə veteranı olan işçilərə
-Döyüş əməliyyatları aparılan ölkədə hərbi qulluqçu olmuş işçilərə
-Ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət almış işçilərə
-Vətən Müharibəsi Qəhrəmanlarına
-Milli Qəhrəmanlara
-Sovet İttifaqı Qəhrəmanlarına
-Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş işçilərə
-"İstiqlal" ordeni ilə təltif olunmuş işçilərə
-Ölkənin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri olan işçilərə (Milli.az)
19:58 12.02.2026
Oxunuş sayı: 604