Axşam 21:00-dan sonra yemək qaraciyərinizi məhv edə bilər
Oksford Universitetinin alimləri aşkar ediblər ki, gecə saatlarında bədənin şəkər və yağları işləmə qabiliyyəti zəifləyir. Bu zaman qaraciyərdə piy yığılması riski artır və uzun müddətdə qaraciyər sağlamlığına mənfi təsir göstərə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Redcliffe Department of Medicine" məlumat yayıb.
Araşdırma zamanı iştirakçılar gündəlik kalorilərinin böyük hissəsini axşam yeməyində qəbul edirdi. Alimlər bildirirlər ki, bu, bədənin metabolizm üçün zəif olduğu vaxtlarda qaraciyərə əlavə yük yaradır və piy yığılmasını sürətləndirə bilər.
Tədqiqatın nəticələrinə əsasən, axşam yeməyini daha yüngül və erkən vaxtlarda qəbul etmək qaraciyər sağlamlığını qorumağa kömək edir.
Bundan əlavə, gündəlik aktivlik və düzgün qidalanma qaraciyərin normal işləməsi üçün vacibdir.
07:25 13.02.2026
Oxunuş sayı: 492