İnsanlar Sİ vasitəsilə karikatuta hazırlayır: Problemlər yaradacaq
Son günlər sosial şəbəkələrdə yeni trend meydana çıxıb. Belə ki, istifadəçilər süni intellekt vasitəsilə öz karikaturalarını hazırlayırlar. Sonra isə həmin nümunələri özlərinin hesablarında paylaşırlar. İzləyicilər bunu maraqla qarşılamaqdadırlar.
Bu, ilk belə hal deyil. Daha əvvəl də dəfələrlə sosial şəbəkələrdə fərqli trendler meydana çıxıb. İstifadəçilər "palaza bürünüb ellə sürünürlər". Həmin trendlər bəzən sonradan adi hala çevrilir, bəzən isə unudulur. Amma epizodik olsa da, kütləviləşir. Bəs bunun səbəbi nədir? Hətta ən məşğul insanlar belə niyə belə trendlərə qoşulmağı özlərinə rəva görürlər?

Bu barədə Crossmedia.az-a danışan psixoloq Aynur İskəndərova deyib ki, bu, müəyyən mənada kütlə psixologiyasına əsaslanır: "Bir nəfərin davranışı həddindən çox bəyənilirsə, digərlərinin ona meyl göstərməsi çox normaqldır. Son dönəmlərdə insanların qəbul olunma, bəyənilmə kimi xüsusi tələbatları artıb. Bununla bağlı olaraq psixologiyada "Maslou piramidası" adlanan xüsusi termin var. Bu piramida 5 pilləlidir. Təhlükəsizlik, qidaya, sevgiyə, özünə hörmətə və özünə özünü aktuallaşdırmaya olan tələbatlar sıra ilə gəlir. Məncə, elə bir insan yoxdur ki, süni intellektdən özü haqqında soruşmasın. Müəyyən ünsiyyətdən sonra əksəriyyəti, "Mən necə insanam?" sualını verir".
Psixoloq bildirib ki, bəzən insanlar süni intellekti fərd kimi qəbul edirlər: "Süni intellekt də istifadəçilərə nə cavab vermək lazım olduğunu çox yaxşı bilir. O, insanların psikologiyasını da yaxşı anlayır. Ümumiyyətlə, süni intellekt xüsusi olaraq proqramlaşdırılıb və əksər hallarda onun cavabı subyektiv olmur. "Mən obrazı" üç formada var. Real mən, sosial mən və ideal mən. Hazırki, insanların buna meyilli olması, bu cür suallara cavab istəməsi özünün ssial "mən"ini bu kənardan görməsinə kömək edib. Bu hallar çox normaldır. Hər birinin məxsusi psixoloji əsası var. "Amma bu kimi halların həyatımıza hədsiz dərəcədə sürətlə inteqrasiya etməsi zaman-zaman müəyyən problemlər yaradacaq. Bu problemlər qaçınılmazdır. Bu və bu kimi məsələlər birmənalı olaraq diqqət mərkəzində olmalı, gözardı edilməməlidir".
Turqut Ansari
16:32 12.02.2026
Oxunuş sayı: 600