Broyler toyuqların öldürücü xüsusiyyəti - ŞOK FAKTLAR
Son dövrlər broyler toyuqları ilə bağlı narahatlıqlar artmaqdadır. Bəzi vətəndaşlar aldıqları toyuq və digər ət məhsullarını müəyyən müddət saxladıqdan sonra rəng dəyişikliyi, xüsusilə yaşıl çalara doğru dəyişmə halları ilə qarşılaşdıqlarını bildirirlər.
Bu cür hallar məhsulların təhlükəsizliyi və sağlamlığa mümkün təsirləri ilə bağlı suallar doğurur. Mütəxəssislər belə vəziyyətlərin ciddi risklər yarada biləcəyini qeyd edir və mövzu ictimai müzakirə mövzusuna çevrilir.
Mövzu ilə bağlı tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla Crossmedia.az-a açıqlama verib:
"Broyler-toyuqları təbii yolla inkişafını tamamilə kənara qoyub, müəyyən süni qidalarla qısa müddətdə toyuqları müəyyən çəkiyə gətirib, satış məqsədilə aparılan bir mexanizmdir. Bunlar dünyanın hər yerində genetik modifikasiya olunmuş qidalar sisteminə daxildir və mümkün qədər qısa müddətdə insanları qida ilə təmin etməyi hədəfləyir. Çünki əhali sürətlə artır, yəqin ki, broyler tipində olan ət məhsullarına təlabat da durmadan artacaq. Broyler təkcə toyuğa aid deyil. Belə ki, bu həm də quşlara, hind toyuğuna, hətta iri heyvanlara da aiddir. Onların tez xarab olması və bu kimi halların baş verməsi mütləq qida təhlükəsizliyi ağentliyi tərəfindən araşdırılmalıdır".
Fatimə Məmmədova
11:18 13.02.2026
Oxunuş sayı: 699