Günəşdə ardıcıl dörd güclü partlayış baş verdi - Kosmik hava həyəcanı
Rusiyanın Tətbiqi Geofizika İnstitutundan verilən məlumata əsasən, fevralın 11-də Günəşin aktiv sahəsində 3 güclü alışma müşahidə olunub. Son günlər Günəşdə ardıcıl dörd güclü partlayış baş verib və kosmik hava vəziyyətində hərəkətli bir dövr başlayıb. NOAA Kosmik Hava Təhlükəsizliyi Mərkəzi bildirir ki, bu partlayışların təsirləri yaxın günlərdə Yerə çata bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Qeyd edək ki, hadisələr 1 fevral tarixində başlayıb: ilk partlayış UTC ilə 12:33-də X1.0, təxminən 11 saat sonra isə X8.1 şiddətində qeydə alınıb. Hərəkətlilik 2 fevralda da davam edib və ardıcıl olaraq X2.8 və X1.6 şiddətində iki partlayış daha baş verib.
X8.1 partlayışı Günəşdə baş verə biləcək ən güclü hadisələrdən biri sayılır və oktyabr 2024-dən bu yana qeydə alınan ən güclü partlayış olmaqla tarixdəki 19-cu ən güclü Günəş partlayışı hesab olunur. Bütün bu partlayışlar Günəşin RGN 4366 adlı yeni ləkə qrupundan qaynaqlanıb. Ləkə qrupu Yerə baxan mövqedə olduğundan, yaxın günlərdə yüksək enerjili hissəcik axınları və Koronal Kütlə Atımı (CME) ehtimalı artır.
Kosmik hava hadisələrinin mümkün təsirləri arasında göydə böyüklü-kiçikli şimal işıqları (aurora) və texnoloji sistemlərdə risklər var. CME-lər uyduların fəaliyyətinə təsir göstərə, enerji şəbəkələrində dalğalanmalara səbəb ola və rabitə sistemlərində kəsintilər yarada bilər.
Mütəxəssislər bildirirlər ki, Günəş 11 illik dövrünün ən aktiv mərhələsini geridə qoysa da, 2030 civarında başlayacaq yeni dövrə qədər belə “həyecanverici” hadisələr davam edə bilər.
Fatimə Məmmədova
14:20 11.02.2026
Oxunuş sayı: 556