"Azərişıq"dan əhalini sevindirəcək MİLYONLUQ LAYİHƏ
"Azərişıq" ASC tərəfindən işğaldan azad edilmiş ərazilərin elektrik təchizatının bərpası və yenidən qurulması istiqamətində növbəti irimiqyaslı layihəyə start verilir.
Crossmedia.az xəbər verir ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarını əhatə edən bu mühüm infrastruktur layihəsi bir neçə rayonun onlarla yaşayış məntəqəsini işıqla təmin edəcək.
Tenderin qiyməti 15 milyon 400 min 65 manat təşkil edir.
Layihə çərçivəsində Xocavənd şəhəri, eləcə də rayonun Qırmızı Bazar qəsəbəsi və Sos kəndinin elektrik təchizatı tamamilə yenilənəcək. Eyni zamanda, Ağdərə rayonunun Vəngli, Çıldıran, Heyvalı və Kolatağ kəndləri, habelə Xocalı rayonunun Xanabad və Şuşakənd kəndlərində müasir elektrik kommunal xidmətlərinin qurulması nəzərdə tutulur.
15:26 10.02.2026
Oxunuş sayı: 528