Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə qaz kəsiləcək
Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində 2500 abonentin qaz təchizatında fasilə yaranacaq.
Crossmedia.az "Azəriqaz" İB Sumqayıt QİS-ə istinadən xəbər verir ki, fevralın 10-da qəsəbənin Gecəqondu ərazisində yerləşən d159 mm-lik yeraltı qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə saat 13:00-dan etibarən təmir-bərpa işləri aparılacaq.
İşlərin davam etdiyi müddətdə ərazidəki 2500 abonentin qaz təchizatı dayandırılacaq. Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.
12:23 10.02.2026
Oxunuş sayı: 456