Ekspertiza Mərkəzinə direktor təyin olundu
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-yə yeni direktor təyin edilib.
Crossmedia.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı dövlət agentliyinin sədri Elnur Bağırov müvafiq qərar imzalayıb.
Qərara əsasən, bu vəzifəyə Emil Vahid oğlu Xəlilov təyin olunub.
Qeyd edək, E.Xəlilov 1985-ci ildə anadan olub.
10:57 10.02.2026
Oxunuş sayı: 459