Mədə xərçəngi riskini artıran amillər açıqlanıb
Rusiyalı onkoloq Basir Bammatov mədə xərçənginin əsas səbəblərini açıqlayıb. Crossmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə o, NEWS.ru-ya müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, mədənin selikli qişasının iltihabı çox vaxt mədə xərçənginə səbəb olur. "Ən çox öyrənilən risk faktoru "Helicobacter pylor"i infeksiyasıdır ki, bu da atrofik qastritə, bağırsaq metaplaziyasına və digər xərçəngyönümlü dəyişikliklərə gətirib çıxara bilər", - deyə Basir Bammatov xəbərdarlıq edib.
Həkim əlavə edib ki, mədə xərçəngi riskini, həmçinin qeyri-sağlam qidalanma, o cümlədən həddindən artıq duzlu, hisə verilmiş və emal olunmuş qidalar, eləcə də meyvə-tərəvəz çatışmazlığı artırır.
Bundan əlavə, siqaret çəkmək və alkoqol da bu xəstəliyi yaradan amillərdəndir.
Onkoloq bildirib ki, mədə xərçəngi üçün irsi yolla keçmə ehtimalı da risk faktoru hesab olunur.
04:32 10.02.2026
Oxunuş sayı: 365