Baş prokuror bu şəxsi vəzifəyə təyin etdi
Sumqayıt hərbi prokuroruna yeni müavin təyin edilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Tural Həsənli şəhər hərbi prokurorunun müavini təyin edilib.
Qeyd edək ki, Sumqayıt hərbi prokuroru ədliyyə polkovniki Ağakişi Acalovdur. O, bir neçə ay əvvəl həmin vəzifəyə təyin edilib.
13:23 07.02.2026
Oxunuş sayı: 465