Suraxanı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq kəsiləcək
Bu gün Bakının Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 10:00-dan 16:00-dək Əmircan qəsəbəsi Səttar Bəhlulzadə, Bülbülə qəsəbəsi Çingiz Nəsirov, Nəriman Nərimanov, Vüqar Bədəlov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
09:23 06.02.2026
Oxunuş sayı: 489