Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
Sabah Mingəçevir şəhərinin və Bərdə rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Mingəçevirdə yerləşən Toxuculuq və A. Puşkin küçələrində fərdi yaşayış evlərinin qaz təchizatının şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan ərazinin qaz təminatının işlər yekunlaşanadək daxildən dayandırılması planlaşdırılıb. Qaz təzhizatının dayanması ilə əlaqədar ümumilikdə 380 abonentin qaz təchizatında fasilə yaranacaq.
Bundan başqa, Bərdə rayonunun ölçü qovşağından qidalanan M.Ə.Sabir küçəsində qeyri yaşayış obyektinin qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. Qaz təchizatının dayanması ilə əlaqədar İ.Qayıbov , Nüşabə, Vaqif, Koroğlu, H.Aslanov, Sabir və Gəncə küçələrində cəmi 2 284 abonentin qaz təchizatında fasilələr yaranacaq.
17:12 05.02.2026
Oxunuş sayı: 502