Goranboyda Gənclər Gününə həsr edilmiş festival keçirilir
Goranboyda Gənclər Gününə həsr edilmiş festival keçirilir.
Crossmedia.az xəbər verir ki, "GəncFest" adlı festivalda gənclər üçün bir sıra zonalar yaradılıb.
Gənclər hərbi-vətənpərvərlik, yaradıcılıq, stolüstü oyunlar, intellektual yarışlar, interaktiv təlimlər və əyləncə zonasında vaxt keçiriblər.
Festivalın davamında gənclər üçün konsert proqramı və atəşfəşanlıq nəzərdə tutulub.
Qeyd edək ki, "GəncFest" sabah da davam edəcək.(Report)
18:17 03.02.2026
Oxunuş sayı: 379