Ramin Bayramlı uzun müddət sonra üzə çıxdı
Ramin Bayramlı uzun müddət sonra üzə çıxdı.
Crossmedia.az xəbər verir ki, o, bir neçə gün əvvəl Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin İdarə Heyətinin yeni tərkibdə ilk iclasını keçirib. Qeyd edək ki, R.Bayramlı sözügedən ictimai birliyin sədridir. Sabiq TƏBİB rəhbəri uzun müddət idi ki, ictimaiyyət arasında görünmürdü.
Xatırladaq ki, R.Bayramlı 2019-cu ildə TƏBİB-in sədri vəzifəsinə təyin olunmuşdu. 2021-ci ilin sentyabrında isə o, istefa verərək işdən ayrılıb.
11:37 02.02.2026
Oxunuş sayı: 535