Harun Mehdiyev “İlin TGT sədri” nominasiyasının qalibi olub
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə “Tələbə Gənclər Təşkilatlarının Mükafatlandırma Mərasimi” keçirilib.
Crossmedia.az xəbər verir ki, mükafatlandırılma tədbiri zamanı Bakı Dövlət Universiteti (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Harun Mehdiyev “İlin TGT sədri” nominasiyasına layiq görülüb.
Qeyd edək ki, mükafatlandırma mərasimi Azərbaycan Gəncləri Gününün 30 illiyi münasibətilə təşkil olunmuş tədbirlər silsiləsi çərçivəsində baş tutub və il ərzində fəaliyyəti ilə fərqlənən tələbə gənclər təşkilatlarının qiymətləndirilməsini əhatə edib.
Bu nailiyyət BDU TGT-nin sistemli fəaliyyəti, fəal komandası və tələbə gənclərin inkişafına verdiyi töhfənin bariz göstəricisidir.
11:30 02.02.2026
Oxunuş sayı: 557