AQTA xəbərdarlıq etdi: Bu bazarlar bağlana bilər
Ərzaq bazarları ilə bağlı da bəzi problemlər mövcuddur. Aparılan monitorinqlərin nəticəsi göstərir ki, həmin bazarlarda texniki-sanitar vəziyyət yaxşı deyil. Media vasitəsilə ərzaq bazarlarının sahiblərinə müraciət edərək bildirmək istəyirəm ki, bu sahədə dönüş yaratsınlar.
Crossmedia.az xəbər verir ki, bunu Azərtac-ın əməkdaşının sualına cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov agentliyin 2025- ci ilin yekunlarına həsr olunan brifinqdə deyib.
Sədr müavini qeyd edib ki, ərzaq bazarlarının sahibləri sanitar-gigiyenik qaydaların tələblərinə uyğun olaraq işlərini yenidən qurmalıdırlar: "Tələblərə əməl etməyən bazarlarda yəqin ki, heyvan bazarlarında aparılan işlərə oxşar tədbirlər həyata keçiriləcək. Bildirim ki, bu il də ərzaq bazarlarında monitorinqlərin həyata keçirilməsi davam edəcək".
15:45 26.01.2026
Oxunuş sayı: 614