Qoşqar Təhməzli işçilərinə bu mövzuda danışmağı qadağan etdi – ŞOK VİDEO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli rəhbərlik etdiyi qurumun əməkdaşlarına İctimai Televiziyanın “Sabaha saxlamayaq” verilişində iştirak etməyi qadağan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sabaha saxlamayaq” verilişinin içməli suya həsr olunmuş növbəti buraxılışında məlumat verilib. Verilişin aparıcısı bildirib:”Müzakirələrimizə başlamazdan öncə demək istəyirik ki, yəqin ki, tamaşaçılarımızın özləri də bu gün qonaqlarımız arasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrini görmək istəyərlərdilər. Biz də bunu çox istəyirdik. Amma çox təəssüf olsun ki, qurumla əlaqə saxlayanda mətbuat üzrə sözçü bildirdi ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri, sədr Qoşqar Təhməzli İctimai Televiziyanın “Sabaha saxlamayaq” proqramında iştirakla bağlı əməkdaşlara qadağa qoyub. Birmənalı olaraq, onların proqramımızda iştirak etməsinə icazə verilmir. Bunun üçün təəsüf edirik. Salamlarımızı göndəririk və bildiririk ki, əgər İctimai Televiziyanın efirindən ictimaiyyəti narahat edən bir mövzunu müzakirə ediriksə və bütün bunlardan məhsul olan dövlət qurumu ictimaiyyət qarşısına çıxıb bununla bağlı açıqlama vermək istəmirsə, hələ üstəlik, əməkdaşlara verilişdə iştirakı qadağan edirsə, burada, həqiqətən, “sular bulanır” kimi bir şübhə yaranır. O zaman istənilən tamaşaçı narahat olacaq ki, marketlərdən aldığımız, evimizə sifariş etdiyimiz sulara nə qədər etibar edə bilərik? Ən azından AQTA nümayəndələri bizim studiyaya gələrək, özləri hansı sudan içirlər, bu barədə bizə deyə bilərlərdilər”.
Həmin videonu təqdim edirik:
15:33 21.01.2026
Oxunuş sayı: 1785