Xalq artisti Türkiyənin tanınmış sənətçisi ilə bir araya gəldi
Xalq artisti Eldar Mansurov tanınmış türkiyəli müğənni Levent Yüksellə görüşüb.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Xalq artisti sosial şəbəkə hesabında paylaşım edib.
“Türkiyənin məşhur müğənnisi Levent Yüksel 31 il əvvəl “Zalim” mahnısını oxuduqdan sonra, nəhayət ki, bu il onunla görüşdük”, - bəstəkar paylaşımında bildirib.
L.Yükselin ifasında və klip şəklində təqdim etdiyi “Zalim” uzun illərdir ki, Türkiyədə ən çox sevilən mahnılar siyahısındadır. “Zalim” adı ilə Türkiyədə məşhurlaşan bu mahnının sözləri Sezen Aksuya məxsusdur.
14:31 21.01.2026
Oxunuş sayı: 1225