BMDAM heyəti Şəhidlər Xiyabanını ziyarət edib
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi (BMDAM) sədri, politoloq Samir Hümbətov tələbələri ilə birlik 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib.
Crossmedia.az xəbər verir ki, onlar 20 Yanvar şəhidlərinin məzarları üzərlərinə gül dəstələri düzüblər.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının tərəfindən dövlət müstəqilliyini bərpa etmək istəyən dinc Azərbaycan xalqına qarşı amansız cinayət törədildi. Azərbaycan tarixinə "Qanlı Yanvar" kimi həkk olunmuş bu faciə, xalqımızın azadlıq mübarizəsinin ən şərəfli səhifələrindən biri və müstəqilliyimizin bərpası yolunda atılan həlledici addımdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirik. Onların xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.


11:14 20.01.2026
Oxunuş sayı: 516