Bu gün hava necə olacaq?
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq və arabir yağıntılı olacağı proqnozlaşdırılır.
Crossmedia.az bu barədə Milli Hidrometeorologiya Xidmətinə əsasən məlumat verir.
Bəzi ərazilərdə yağıntı intensivləşəcək, əsasən sulu qar, nisbətən yüksək ərazilərdə isə qar şəklində müşahidə olunacaq. Mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 0–3 dərəcə isti təşkil edəcək. Rayonlarda hava daha sərt olacaq. Rayonlarda hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir. Yağıntılar bəzi yerlərdə sulu qar və qar, ayrı-ayrı bölgələrdə isə intensiv və güclü olacaq. Bəzi ərazilərdə duman müşahidə ediləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
10:17 20.01.2026
Oxunuş sayı: 1377