Əhaliyə XƏBƏRDARLIQ: Sumqayıtda qaz kəsiləcək
Sumqayıt şəhərində təqribən 1000 abonentin qaz təchizatında fasilə yaranacaq.
Crossmedia.az xəbər verir ki, məlumata görə, şəhər ərazisində yerləşən Qurd dərəsinin bir hissəsində 89 mm-lik qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.
Bu səbəbdən yanvarın 19-da saat 13:00-dan etibarən sözügedən ərazidə yerləşən təxminən 1000 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra bərpa ediləcəyi bildirilib.
13:15 19.01.2026
Oxunuş sayı: 1095