Şahdəniz rekordunu yenilədi: Azərbaycanın qaz hasilatı artır
2025-ci ildə Azərbaycanın "Şahdəniz" yatağında təbii qaz hasilatının 27,9 milyard kubmetr təşkil edib.
Bu barədə Crossmedia.az Energetika Nazirliyinə istinadən xəbər verir.
2024-cü ilin eyni dövrü ilə müqayisədə bu yataqda təbii qaz hasilatı 0,1 milyard kubmetr və ya 0,4 faiz artıb.
2024-cü ildə "Şahdəniz" yatağında təbii qaz hasilatı 27,8 milyard kubmetr təşkil edib.
Xatırladaq ki, Azərbaycan 2025-ci ildə 51,5 milyard kubmetr təbii qaz hasil edib. Bu, 2024-cü il hədəfi ilə müqayisədə 1,2 milyard kubmetr və ya 2,4 faiz artım deməkdir.
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan "Şahdəniz" yatağı 1999-cu ildə kəşf edilib. 1 trilyon kubmetr qaz və 243 milyon ton kondensat ehtiyatına malik ən böyük "Şahdəniz" yatağının kəşfi, eləcə də "Şahdəniz" qaz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi təqdim etdi.
2006-cı ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildikdən sonra Azərbaycan Gürcüstan və Türkiyə bazarlarına təbii qaz ixrac etməyə başladı.
09:20 19.01.2026
Oxunuş sayı: 1043