Bu gün hava necə olacaq?
Bu gün hava yağmurlu olacaq.
Crossmedia.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Qeyd edək ki, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
09:10 18.01.2026
Oxunuş sayı: 1795