Pediatrla müsahibə: Körpə yuxuda böyüyür, uşaqlar isə... ANONS
Uşağın sağlam inkişafı yalnız düzgün qidalanma və fiziki aktivliklə məhdudlaşmır. Erkən yaşlardan etibarən formalaşan həyat tərzi vərdişləri uşağın gələcək sağlamlığını, psixoloji sabitliyini və sosial uyğunlaşmasını müəyyən edən əsas amillərdən biri kimi çıxış edir. Bu vərdişlər arasında yuxu xüsusi yer tutur və elmi tədqiqatlar yuxunun uşağın həm fiziki böyüməsi, həm də zehni və emosional inkişafı üçün əvəzolunmaz rol oynadığını təsdiqləyir.
Məsələ ilə bağlı "Doktor danışır" rublikası çərçivəsində həkim pediatr Xəyalə Əliyeva Crossmedia.az-a müsahibə verib:
Həmin müsahibədən əsas fikirləri təqdim edirik:
— "Hərəkət, öyrənmə və yaddaş üçün yuxu olduqca vacibdir".
— "Körpə yuxuda böyüyür, uşaqlar isə gün ərzində aldıqları informasiyanı yuxuda möhkəmləndirirlər".
— "Doğru yuxu bioloji ritmə uyğun olmalı, gecələr təmin edilməlidir".
Qeyd edək ki, müsahibə yaxın günlərdə saytımızda yayımlanacaq.
Elmir Heydərli
14:30 17.01.2026
Oxunuş sayı: 1338