Marneulidə bazarda atışma: Azərbaycanlı ata və oğlu yaralanıb
Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda silahlı insident baş verib. Hadisə rayonun mərkəzi bazarında yerləşən qızıl mağazasında qeydə alınıb.
Crossmedia-az xarici KİV-ə istinadən xəbər verir ki, atışma nəticəsində azərbaycanlı ata və oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunublar. Həkimlər atanın vəziyyətini ağır qiymətləndirir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin səbəbləri və atışmanı törədən şəxslərlə bağlı əlavə məlumatın verilməsi gözlənilir.
21:32 04.01.2026
Oxunuş sayı: 3252