ABŞ Venesuela üzrə xüsusi səfir təyin edə bilər
ABŞ Venesuela məsələsində dövlət katibi ilə əməkdaşlıq etmək və ölkədəki vəziyyətin idarə olunmasına kömək etmək üçün xüsusi səfir təyin etməyi planlaşdırır.
Crossmedia-az xarici KİV-ə istinadən xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduronun mövqeyinə yönəlmiş əməliyyat ABŞ dövlət katibi Marko Rubionun "bürokratik qələbəsi" hesab olunur. Daha əvvəl ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqtonun xoşuna gəlməyən siyasi rejimlərin dəyişdirilməsinə qarşı çıxırdı.
Rubio qeyd edib ki, Venesuela rəhbərliyi düzgün qərar qəbul edərsə, ABŞ onunla əməkdaşlığa hazırdır.
20:34 04.01.2026
Oxunuş sayı: 3357