Berlində geniş elektrik kəsintisi: minlərlə ev və müəssisə işıqsız qalıb
Almaniyanın paytaxtı Berlində baş verən elektrik kəsintisi şəhərin əhəmiyyətli bir hissəsini təsir edib. Kəsintiyə səbəb Lixterfelde elektrik stansiyasında baş verən hadisədir.
Crossmedia-az xəbər verir ki, hadisə nəticəsində Berlinin cənub-qərbində 45 mindən çox ev və təxminən 2 min müəssisə elektrik və istilik təchizatından məhrum qalıb. Hüquq-mühafizə orqanları stansiyada qəsdən yanğın törədildiyini təsdiqləyib. Solçu ekstremist “Vulkangruppe” qrupunun hücuma görə məsuliyyəti öz üzərinə götürdüyü bildirilib.
Rəsmi məlumatlara görə, elektrik və istilik təchizatının tam bərpa olunması ən tez 8 yanvar tarixində mümkün olacaq.
20:12 04.01.2026
Oxunuş sayı: 3598