Medvedev: Venesuela ABŞ üçün heç bir təhlükə yaratmayıb
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-nin Venesuela ilə bağlı addımlarını tənqid edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə yanvarın 3-də RİA Novosti agentliyinə verdiyi müsahibədə deyib.
Medvedev bildirib ki, Venesuela ABŞ üçün real təhlükə mənbəyi olmayıb.
Onun sözlərinə görə, buna baxmayaraq, Amerika ordusu ABŞ-nin təhlükəsizliyinə heç bir təhdid yaratmayan müstəqil bir ölkəyə qarşı hərbi əməliyyatlara başlamaq niyyəti göstərib.
Səriyyə Tağıyeva
18:53 03.01.2026
Oxunuş sayı: 3884