Tramp Venesueladakı əməliyyatı izləyib
ABŞ prezidenti Donald Tramp şənbə günü, 3 yanvar tarixində Florida ştatındakı Mar-a-Lago iqamətgahından Venesueladakı hərbi əməliyyatı izlədiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, "Bizim bir otağımız var idi və biz [əməliyyatın] hər bir aspektini izləyir, monitorinq aparırdıq", - deyə o, Fox News-da bildirib.
O, həmçinin Venesueladakı hərbi əməliyyat zamanı şəxsi heyət arasında düzəlməz itki olmadığını qeyd edərək, yaralıların olduğunu da əlavə edib.
Amerika liderinin sözlərinə görə, əməliyyat zamanı ABŞ tərəfindən heç kim ölməyib.
Səriyyə Tağıyeva
18:43 03.01.2026
Oxunuş sayı: 3952