Kiyev və Vaşinqton hərbi sənəd razılaşdırıb
Ukrayna və ABŞ Baş Qərargahları səviyyəsində dörd bölmədən ibarət hərbi sənəd razılaşdırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ukrayna baş qərargah rəisi Andrey Qnatov bildirib ki, sənəd ölkəsinin Silahlı Qüvvələrinin təminatı, bərpası və modernləşdirilməsini, razılaşmaların izlənməsini və pozuntulara reaksiyanı əhatə edir.
Qnatov vurğulayıb ki, bu sənəd ikitərəfli xarakter daşıyır və digər tərəfdaş ölkələrlə oxşar işlər davam etdirilir. Sənədin bir bölməsi “Arzuedənlər koalisiyası”nın fəaliyyətini əhatə edir.
Fatimə Məmmədova
18:06 03.01.2026
Oxunuş sayı: 3495