Venesuela Daxili İşlər Naziri sağ qaldığını elan etdi
Venesuela daxili işlər naziri Diosdado Kabello sağ qaldığını elan edib və vətəndaşları sakit olmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, nazirin çıxışı gecə baş verən hadisələrdən sonra yayımlanıb. O, ölkədəki vəziyyətin nəzarətdə olduğunu vurğulayıb və əhalini panikaya qapılmamağa səsləyib.
Nazir həmçinin bildirib ki, dövlət orqanları və təhlükəsizlik qüvvələri əhalinin təhlükəsizliyini təmin etmək üçün fəaliyyətlərini davam etdirir.
Türkan Kərimli
16:45 03.01.2026
Oxunuş sayı: 3557