ABŞ Maduronu narkotik ticarətində ittiham edirdi
Venesuela Prezidenti Nikolas Maduro 2020-ci ildən ABŞ-də narkotik ticarəti ilə ittiham edilirdi. Bu ittiham onillik araşdırmanın nəticəsi olaraq federal məhkəmə tərəfindən irəli sürülüb.
Bu barədə Crossmedia.az The Wall Street jurnalına istinadən xəbər verir.
Manhetten federal məhkəməsinə təqdim edilmiş ittiham aktında bildirilir ki, Maduro “Kartel de los Soles” narkotik şəbəkəsinin lideridir və bu qrup ABŞ-yə kokain tədarükü ilə məşğul olub. Maduro ittihamları rədd edərək onları “yalan” adlandırıb.
ABŞ Dövlət Katibi Marko Rubio isə daha əvvəl açıqlamışdı ki, Maduro narkotik ticarəti ittihamı ilə üzləşir və ABŞ qanunvericiliyindən yayınıb.
Türkanə Məşədiyeva
16:05 03.01.2026
Oxunuş sayı: 4147