Erməni xizəkçi “Azərbaycan” yazısını ört-basdır etdiyi üçün FIS tərəfindən cərimələndi
İtaliyada keçirilən Tour de Ski yarışında erməni idmançı Mikael Mikaelyan qalmaqalla gündəmə gəlib. O, formasındakı “Azərbaycan” yazısını yapışqanla örtməyə cəhd etdiyinə görə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.
Crossmedia.az xəbər verir ki, sözügedən yazı FIS ilə Azərbaycan Dövlət Turizm Agentliyi arasında imzalanmış sponsorluq müqaviləsi çərçivəsində idmançıların geyimlərində yerləşdirilir.
Məlumata görə, hadisə Toblah şəhərində baş verib. Mikaelyan məsələ ilə bağlı ətraflı açıqlama verməkdən imtina edib və sanksiyaların təkrarlanacağı təqdirdə yarışları boykot edəcəyini bildirib.
Türkan Kərimli
15:42 03.01.2026
Oxunuş sayı: 3618