Ukraynada partlayış baş verib: 19-dan çox insan həlak olub
Yeni il gecəsi Ukraynanın Xerson vilayətində baş verən partlayış nəticəsində 19-dan çox insan həlak olub, onların bədəni yanaraq yalnız qismən qalıb.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki,bu barədə vilayət qubernatoru Vladimir Saldo bildirib.
Saldo qeyd edib ki, partlayış yüksək temperaturda yanan maddələrlə doldurulmuş sursat nəticəsində baş verib. İlkin məlumatlara görə, ölənlərin bədənlərinin təxminən 80%-i yanıb və yalnız qismən fraqmentlər qalıb.
Qubernator əlavə edib ki, bütün ölənlərin şəxsiyyəti hələ müəyyən edilməyib və DNT testi ilə identifikasiya aparılır. Ekspertlərin məlumatına görə, bu proses bir həftəyə qədər davam edə bilər.
Hadisə gecəsi Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatları (dronları) Xorlı kəndindəki kafeyə və otelə zərbə endirib. Hədəf alovverici maddə daşıyan dron olub və kafedə yanğın baş verib. Qəza nəticəsində 31 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib, onlardan beşi uşaqdır.
Rusiyanın İstintaq Komitəsi hadisəni terror aktı kimi qiymətləndirərək cinayət işi açıb. Hazırda bölgədə araşdırmalar davam edir və ölənlərin dəqiq sayı hələ dəqiqləşdirilir.
Fatimə Məmmədova
15:25 03.01.2026
Oxunuş sayı: 3385