Azərbaycan yapışdırıcı maddələrin istehsalını 28 %-ə yaxın artırıb
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 155 min ton yapışqan və yapışdırıcı maddələr istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 2024-cü ilin dövrü ilə müqayisədə 27,8 % çoxdur.
Ötən il dekabr ayının 1-nə, ölkədə 10,8 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 136,6 min ton yapışqan və yapışdırıcı maddələr istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 11,7 % çoxdur.
18:52 02.01.2026
Oxunuş sayı: 1079