Bakıya sulu qar yağır - FAKTİKİ HAVA
Azərbaycanın əksər yerlərində yanvarın 2-si saat 14:00-a olan məlumata əsasən yağıntılı və küləkli hava şəraiti davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Hazırda Bakıda və Abşeron yarımadasında sulu qar, Şahdağ, Xaltan, Xaçmaz, Quba, Qusar, Xınalıq, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Qubadlı, Qobustan, Ağsu, Şamaxı, Qəbələ, Gədəbəy, Daşkəsən, Tovuz, Şabran, Altıağac, Göygöl, Yardımlı, Lerik, İsmayıllı, Qax, Şəki, Naxçıvan MR-da qar, Göyçay, Lənkəran, Kürdəmir, Neftçala, Astara, İmişli, Biləsuvar, Sabirabadda isə yağış yağır.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Mingəçevirdə 25, Bakıda və Abşeron yarımadasında 24, Qaxda 23, Culfa, Yevlax, Şabranda 17, Altıağacda 16 m/s-dək güclənir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək şaxta qeydə alınır.
Qeyd edilib ki, yanvarın 3-dən ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.
14:47 02.01.2026
Oxunuş sayı: 1744