Bakıda şəhid Kamran Əliyevin avtomobili ailəsinə qaytarılıb
Bakıda avtomobil bazarlarından birində satışa çıxarılan avtomobilin əvvəllər şəhid Kamran Əliyevə məxsus olduğu müəyyən edilib. Məlum olub ki, avtomobil naməlum səbəbdən şəhidin atası tərəfindən satılıb.
Crossmedia.az bu barədə xəbər verir ki, bu faktı öyrənən bazar əməkdaşı avtomobilin satışından prinsipial olaraq imtina edib.
Daha sonra avtomobil bazarının rəhbərliyi maşını geri alaraq şəhidin yaşadığı ünvana gedib.
Avtomobil Kamran Əliyevin atasına şəhidin xatirəsinə hörmət əlaməti olaraq hədiyyə edilib. Bu addım cəmiyyətdə böyük rəğbətlə qarşılanıb.
Günel Verdiyeva
12:22 28.12.2025
Oxunuş sayı: 3646