Bəzi ərazilərdə qaz kəsiləcək
Bakının bir sıra rayonlarında qaz olmayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar Xətai rayonunun M.Hadi, R.Məmmədov, Cavanşir, X.Məmmədov küçələrinin, Suraxanı rayonunun Hövsan və Yeni Suraxanı qəsəbələrinin, Mərkəzi və S.Əliyev küçələrinin, Binəqədi rayonunun DSK yolunun, Binəqədi və Biləcəri qəsəbələrinin bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
19:45 22.12.2025
Oxunuş sayı: 944