Azərbaycan benzini Ermənistana daşınır: 22 vaqon sərhədi keçir
Azərbaycan istehsalı olan benzinlə yüklənmiş 22 vaqon hazırda Ermənistan-Gürcüstan sərhədindən keçid edir. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan məlumat verib.
Crossmedia.az xəbər verir ki, nazirin sözlərinə görə, daşınan yükün ümumi həcmi 1300 ton təşkil edir. Bildirilir ki, tədarük regionda yanacaq təminatı ilə bağlı həyata keçirilən kommersiya razılaşmaları çərçivəsində baş tutur.
14:25 19.12.2025
Oxunuş sayı: 1066