Tibb müəssisələri yalnız lisenziya çərçivəsində fəaliyyət göstərməlidir - Açıqlama
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən verilən məlumata əsasən, ötən ay özəl tibb müəssisələrində qanunsuz fəaliyyəti qeyd alınan sahələrdə yoxlamalar aparılıb.
Yoxlamalar, onların verə biləcəyi nəticələrlə bağlı Crossmedia.az-a doktor Adil Qeybulla açıqlama verib.
O, bildirib ki, hər bir tibb müəssisəsi yalnız ona verilən lisenziya səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməlidir: "Lisenziya müəssisənin imkanlarına və oradakı şəraitə uyğun olaraq cərrahi, ginekoloji, kosmetoloji və stomatoloji prosedurların aparılmasına icazə verir".
Onun sözlərinə görə,bəzi müəssisələr sonrakı dövrdə öz imkanlarından kənara çıxaraq qanunsuz fəaliyyətlə məşğul olurlar. Bu isə nəticədə ağırlaşmalara yol açır.
A.Qeybulla vurğulayıb ki, yalnız yoxlamaların aparılması kifayət etmir: "Qəti xəbərdarlıq edilməli və hər bir müəssisənin lisenziya səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməsi təmin olunmalıdır".
Mehriban İbrahimli
17:35 16.12.2025
Oxunuş sayı: 1050