Həkim: Diş itkisi olan pasiyentlərdə mədə-bağırsaq xəstəliklərinin yaranma ehtimalı artır
"Bizim prinsipimiz sadədir: Mümkün olan hər halda təbii dişi qorumaq. İmplantologiya bu sahənin məhsulu olsa da, yalnız zəruri hallarda tətbiq olunur".
Bunu Crossmedia.az-a geniş müsahibəsində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Parododontologiya Kafedrasının müəllimi, Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyəti Üzvü, Tibb Elmləri Fəlsəfə Doktoru, Parodontologiya uzmanı Dr. Hikmət Baxışov deyib.
O bildirib ki, dişlər həm həzm sisteminin başlanğıcı olaraq funksional, həm də ümumi sağlamlıq baxımından çox önəmlidir: "Araşdırmalar sübut edir ki, diş itkisi olan pasiyentlərdə mədə-bağırsaq xəstəliklərinin yaranma ehtimalı artır. Çünki çeynəmə yükünü mədə öz üzərinə götürür və bu, əlavə problemlərə səbəb olur"
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/59609
Elmir Heydərli
14:25 16.12.2025
Oxunuş sayı: 1202