Bu ərazidə 700 abonentin qazı kəsiləcək
Bu gün Corat qəsəbəsində 700 abonentin qaz təchizatında fasilə olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat "Azəriqaz" İB Sumqayıt QİS-dən verilib.
Xəbərə görə, Sumqayıt şəhəri, Corat bağlarının bir hissəsində yerləşən 76 mm-lik qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə ərazidə qaz təchizatı bu gün saat 11:00-dan etibarən müvəqqəti dayandırılacaq.
Təmir-bərpa işləri başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.
10:30 15.12.2025
Oxunuş sayı: 1609