Yasamal rayonunda qaz olmayacaq
Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, 15 dekabr saat 10:00-dan etibarən Yasamal rayonunun M.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov, V.Əliyev, Z.Kərimov, N.Hikmət və 7,8,9-cu Sallaqxana küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
09:29 15.12.2025
Oxunuş sayı: 1303