Bakının iki rayonunun bir sıra ərazilərində qaz olmayacaq
Bakının iki rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Yasamal rayonunda yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması və qaz xəttinin yerinin dəyişdirilməsi, Xətai rayonu, Ağ şəhər ərazisində isə yeni çəkilmiş qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.
21:30 11.12.2025
Oxunuş sayı: 1019