Xəzər dənizində zəlzələ baş verib
Xəzər dənizində zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 04:31-də qeydə alınan zəlzələnin maqnitudası 3,8 olub.
Zəlzələnin ocağı 72 kilometr dərinlikdə yerləşib.
12:36 11.12.2025
Oxunuş sayı: 1281